Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Vətən savaşında döyüşlərin ən qızğın vaxtında cəbhədə qələbə qazanan ordudan heyfini çıxa bilməyən düşmən məğlub olmağın acığnı dinc sakinlərdən çıxırdı. Gəncə şəhərinə edilən hücumlardan birində bir gecə yarısı Nilayın da həyatı dəyişdi. Beş il keçib o qanlı gecədən. Beş il öncə gecə yarısı bu körpəni şirin yuxudan qadağan olunmuş silahın səsi oyatdı. Ayılanda yaşadığı evin dağıntısı altında idi. Onu xarabaya çevrilən evin içindən sağ çıxardılar. Amma ata və anası düşmən mərmisinə tuş gəlib bu dünyadan köçmüşdü. Həmin gecə Nilayın taleyi dəyişdi… Bir yaş on aylıq körpə ata-ana nəvazişinə həsrət qaldı həmin dəhşətli gecədən sonra… Böyüdü həmin kiçik qız, nənəsinin nəvazişi, dövlətin qayğısı ilə. Bu gün, 27 sentyabr günü Müzəffər Sərkərdənin əlindən tutub vaxtilə evlərinin olduğu həmin yerə getdi. İndi orada ev yox, əsrlər boyu şəhidlərin xatirəsini yaşadacaq bir abidə ucalırdı. Ziyarət etdi, öz dili ilə desək, İlham baba ilə oranı. Gülürdü gözləri körpə qızın həmin anlarda, çünki bilirdi ki, onun ata və anasının qisası alınıb.
Sonra jurnalistlərə həmin görüşdəki təəssüratlarından danışır: "Yaxşı babadır, çox hündürdür boyu, ucadır" , – deyirdi.
Həmin an körpə qızın dilindən o sözləri eşidəndə çox yox, 35 il öncəyə qayıtdı xəyalım. Bizim də uşaqlıq dövrümüzün Heydər babası var idi axı. Ən çətin anımızda imdadımıza yetişən Heydər babamız. İşıq sönəndə, çörək tapılmayanda, qışın şaxtasında soyuqdan donanda, düşmən mərmiləri başımıza yağanda gəlib bizi xilas edən Heydər babamız. Nənələrimizin “Bu gün də dözün, Heydər Əliyev gəlib, uzağı bir-iki günə Naxçıvana un da gələr, işıqlar da yanar, erməniləri də susdurar o”. “Kim gəlib ki?” soruşanda “Heydər babanız” cavabnı alardıq. Bəli, o bizim Heydər babamız oldu. Biz Ona o qədər inanırdıq ki, hər çətinliyə dözüb gözləyirdik. Və böyüklərin dediyi kimi də oldu. Heydər babamız bizi xilas etdi, xalqı bəladan qurtardı. Və bizim uşaqlıq xatirələrimizin qəhrəmanı oldu.
Bu gün Gəncədə Müzəffər Sərkərdənin əlindən tutduğu kiçik qızın, evinə dönən xocalılı balaca oğlanın İlham baba deyib cənab Prezidentə müraciət etməyini izləyəndə tarixin təkrar olunduğunu görür hər kəs. Qürur duyulası bir təkrardır bu. Bir vaxtlar Azərbaycanı ən çətin vəziyyətdən çıxarıb xalqın babası olan Ulu Öndərin davamçısı Onun izi ilə gedib bu əsrin körpələrinin uşaqlıq xatirələrinin qəhrəmanı olmağı bacardı. O öz “dəmir yumruğ”unu düyünləyib, düşmənin başında şimşək kimi çaxdırıb Qarabağsız doğulan qarabağlı uşaqları öz evinə qovuşdurdu. O neçə balaca ürəklərdə özünə sevgi qazanıb onların İlham babası oldu. Nilayın dili ilə desək, çox yaxşı baba olmaq şərəfi qazandı. Bu gün bu körpənin gözlərində qürur, güvən hissi var, çünki dövlət başçısı, Azərbaycanın Müzəffər Sərkərdəsi onun əlini tutub.
Bu səhnə həm dövlətin şəhid əmanətlərinə sahib çıxmasının, həm də xalqın birliyinin rəmzidir.
Kiçik qız İlham babasını "həm də çox hündürdür, ucadır" deyə təsvir edir. Bəli dövlət başçısının qaməti düz, boyu ucadır, amma bu təkcə fiziki göstərici deyil, bu Onun xalqı qarşısındakı ucalığıdır. Onu daha da hündür göstərən Vətən sevgisi, verdiyi sözə sadiqliyi və sədaqətidir. O bu xalqın gözündə dağlar kimi ucadır. Çünki o bu xalqa əsrlərdir, yaşaya bilmədiyi xoşbəxtliyi bəxş etdi. Bu xalqın başını uca, alnını açıq etdi və xalqının əvəzsiz sevgisini qazandı. Onu körpə qızın gözlərində daha da hündür edən əsas amil də elə məhz xalqının Müzəffər Sərkərdəsinə olan əvəzsiz sevgisidir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər