Naxçıvanda təhsilin inkişafı yeni mərhələdə...
12:04 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
9 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Culfa rayonunun Ərəzin kəndində “Kənd qadınlarının sağlamlığının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib. “Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Səkinə Fərzəliyeva bildirib ki, kənd yerlərində yaşayan qadınların sağlamlığının qorunmasında maarifləndirmə mühüm rol oynayır. Qeyd olunub ki, sağlam həyat tərzi, düzgün qidalanma, şəxsi gigiyena və xəstəliklərin erkən əlamətləri barədə məlumatlı olmaq bir çox problemlərin qarşısını ala bilər. Xüsusilə reproduktiv sağlamlıq və ana sağlamlığı ilə bağlı biliklərin artırılması vacibdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək bildirib ki, qadınlar ailənin və cəmiyyətin əsas dayaqlarından hesab olunur. Onların sağlamlığının qorunması həm ailə rifahına, həm də cəmiyyətin inkişafına birbaşa təsir göstərir. Müntəzəm tibbi müayinələr, düzgün qidalanma və gigiyena qaydalarına riayət edilməsi kənd qadınlarının sağlam həyat sürməsi üçün əsas şərtlərdən biridir.
Daha sonra Culfa Regional Tibb Mərkəzi publik hüquqi şəxsin həkim-ginekoloqu Gülnaz Məmmədova çıxış edərək qeyd edib ki, ginekoloji müayinələr qadın xəstəliklərinin erkən aşkarlanmasına və vaxtında müalicəsinə imkan yaradır. Hamiləlik dövründə tibbi nəzarət, doğuşa hazırlıq və sonrakı mərhələdə sağlamlığın izlənməsi mühüm əhəmiyyət daşıyır. Bu sahədə peşəkar tibbi xidmət kənd qadınlarının sağlamlığının qorunmasına və gələcək nəsillərin sağlam böyüməsinə şərait yaradır.
Tədbir diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə əlaqədar broşürlər paylanılıb.
Digər xəbərlər