NAXÇIVAN :

01 May 2025, Cümə axşamı

Kamran Əliyev: İslahatlar Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifələr qoyur

...

Mənə yenidən etimadla bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevə özüm və porokurorluq orqanları əməkdaşları adından dərin təşəkkürümü bildirirəm.

"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş prokuror Kamran Əliyev deyib.

Kamran Əliyev namizədliyini dəstəklədiyi üçün deputatlara təşəkkür edib: “Respublikamızın bugünkü uğurlarının əsasını Ümumilli Heydər Əliyevin uzaqgörən siyasəti təşkil etməkdədir. Məhz onun yaratdığı strategiyanın Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində 30 ildən çox müddətdə işğal altında olan ərazilər azad edildi, bütün ərazilərdə suverenliyimiz bərpa edildi. Azad edilmiş ərazilərdə uğurlu bərpa işlərinə başlanıb, artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb. Yeni prokurorluqlar –Kəlbəcər, Ağdam, Xankəndi şəhər prokurorları təsis edilib. Siyasi iradədən qaynaqlanan hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifələr qoyur. Bunlardan birincisi, dövlətçiliyin daxili və xarici təhdidlərdən mühafizəsidir”.

Qeyd edək ki, bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb. Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib.

Nəşr edilib : 01.05.2025 11:28