Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr...
19:19 29.04.2026
0
0
0
Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. Nəticələrə əsasən Naxçıvan Dövlət Universiteti ənənəvi olaraq yüksək qəbul göstəriciləri ilə ölkə universitetləri arasında fərqlənib. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında IV qrup üzrə 600-dən yuxarı bal toplamış 130 abituriyentin seçimi məhz Naxçıvan Dövlət Universiteti olub.
Qeyd edək ki, IV qrup üzrə ən yüksək keçid balına malik universitetlər sırasında NDU-da yer alır. Belə ki, Tibb (tədrisi ingilis dilində) ixtisası üzrə keçid balı 607 olub. Bundan başqa, Tibb ixtisasında minimal keçid balı 604.100, Stomatologiya ixtisasında isə 600.400 bal təşkil edib. Nəticədə, plan yerləri 100 faiz dolaraq universitet tarixində rekord göstərici qeydə alınıb.
Digər xəbərlər