Naxçıvanda təhsilin inkişafı yeni mərhələdə...
12:04 19.04.2026
0
0
0
9 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda təlim keçirilib. “Şərq qapısı” xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti Aparatının əməkdaşı Orxan Məhərrəmov təlimi giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova təqdimatla çıxış edərək internetdən istifadə zamanı diqqət yetirilməsi vacib olan məqamlara toxunub və bildirib ki, internet biliklərin artırılması, təhsil imkanlarının genişləndirilməsi və ünsiyyətin qurulması baxımından mühüm vasitədir.
Qeyd edib ki, düzgün istifadə olunmadıqda internet uşaqların psixoloji inkişafına, ailə dəyərlərinə və ictimai münasibətlərə mənfi təsir göstərə bilər. O həmçinin vurğulayıb ki, bu sahədə cəmiyyətin maarifləndirilməsi, sağlam istifadə vərdişlərinin formalaşdırılması və valideynlərin məsuliyyətli mövqeyi xüsusi önəm daşıyır.
Sonda Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin direktoru Sevda Cabbarova çıxış edərək təlimin təşkilatçılarına minnətdarlığını bildirib.
Digər xəbərlər