Belarus Baş nazirinin Azərbaycana rəsmi səfəri baş...
21:31 06.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayon Mahmudoba kənd tam orta məktəbində “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda təlim keçirilib.
Təlimdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Ülvi Əliyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova və Şahbuz Rayon Təhsil Şöbəsinin əməkdaşı Qiymət Xələfli çıxış edərək gələcəyimiz olan şagirdlərin informasiya təhlükəsizliyi sahəsində maariflənməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, sosial şəbəkələrdə çox vaxt keçirmək və uşaqların yaşına uyğun olmayan oyunlar oynamaq şagirdləri təhsildən uzaqlaşmağa vadar edir. Uşaqlara nəzarətin gücləndirilməsi ilə internetin imkanlarından düzgün yararlanmaq olar.
Daha sonra məktəbin direktoru Famil Əliyev və məktəbin psixoloqu Əli Quliyev mövzu ətrafında çıxış etmişlər.
Müəllim, valideyn və şagirdlərin cəlb edildiyi təlim diskussiya xarakterli olub.
Digər xəbərlər