"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
NAXÇIVAN :
30 Aprel 2025, Çərşənbə
Məlumdur ki, orta məktəbi başa vurub tələbə adını qazanmaq istəyən abituriyentlər üçün buraxılış imtahanları ali məktəblərə qəbul imtahanı qədər önəmlidir. Belə ki, yekun nəticənin 300 ballıq hissəsini məhz buraxılış imtahanı təşkil edir. Bəs abituriyentlər bu mərhələdə uğurlu nəticəyə nail olmaq üçün nə etməlidirlər?
Bu haqda daha ətraflı məlumat əldə etmək məqsədilə təhsil eksperti Orxan İsayevlə həmsöhbət olduq. Orxan müəllim bildirdi ki, abituriyent imtahana nəzəri cəhətdən hazır olsa da, müəllim və valideynlərin üzərinə vacib öhdəliklər düşür. Onlar çalışmalıdırlar ki, psixoloji cəhətdən həmin abituriyentləri hazır edib tam motivasiya versinlər.
Orxan müəllimin sözlərinə görə, imtahan həyəcanını daha çox valideynlər yarada bilir. Buna görə də imtahan yaxınlaşdıqca abituriyentdən əvvəl valideynlər öz streslərini uşaqlara hiss etdirməməlidirlər.
İmtahandan əvvəl abituriyentin yaşadığı stresi azaltmaq üçün idman hərəkətləri etməli, təmiz havada gəzməli və özlərini sakitləşdirməlidirlər.
Bu illər ərzində qazanılmış təcrübələrdən bəhs edən Orxan İsayev deyir ki, uğur qazanmağın əsas təməli özünəinamdır. Özünə inanan hər bir abituriyent yüksək nəticə əldə edərək tələbə adına layiq görülə bilər. Həmçinin imtahandan əvvəl istirahəti düzgün və planlı şəkildə qurmalıdır.
Yuxu rejiminə diqqət etmək də bu məqamda vacib məsələlərdən biridir. Abituriyentlər çalışmalıdırlar ki, beynin daha aktiv iştirakı üçün fosforlu qidalar qəbul etsinlər.
Zəhmət çəkib oxuyan abituriyentlər istədikləri effektli nəticəni əldə edəcəklər. Buna görə də imtahana daxil olmazdan əvvəl yüksək motivasiya və sevgi ilə fikirini cəmləyib yazsalar, əlbəttə ki, biz müəllimlərini də sevindirəcəklər. Biz də abituriyentlərimizi buraxılış imtahanına göndərməzdən əvvəl psixoloji söhbətlərlə onlara köməkliyimizi göstəririk. Onların yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olunması biz müəllimlərin ən böyük uğurudur.
Bülbül QULİYEVA
Digər xəbərlər