NAXÇIVAN :

19 Aprel 2026, Bazar

İlham Əliyev və Mehriban Əliyeva Tiencində dövlət və hökumət başçılarının və xanımlarının şərəfinə verilən ziyafətdə iştirak ediblər

...

Avqustun 31-də "Tianjin Meijiang" Beynəlxalq konqres və sərgi mərkəzində Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuanın adından dövlət və hökumət başçıları və xanımlarının şərəfinə ziyafət verilib, konsert proqramı təqdim olunub.
"Şərq qapısı" xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.
Sonra dövlət və hökumət başçıları və xanımları birgə foto çəkdirdilər.

Nəşr edilib : 31.08.2025 18:24