Naxçıvanda kikboksinq klubları rəsmi olaraq federa...
16:53 05.05.2026
0
0
0
NAXÇIVAN :
05 May 2026, Çərşənbə axşamı
IELS 2025 tədqiqatında Bakı şəhərindən 138 ümumi təhsil və 48 məktəbəqədər təhsil müəssisəsi, Sumqayıt şəhərindən isə 15 ümumtəhsil və 7 məktəbəqədər təhsil müəssisəsi daxil olmaqla, ümumilikdə 208 təhsil müəssisəsi iştirak edib.
"Şərq qapısı" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil edilən məlumatlandırma sessiyasında deyib. O bildirib ki, IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində Bakı və Sumqayıt şəhərlərindən 2731 nəfər 5 yaşlı uşaq iştirak edib: “Sorğu mərhələsinə isə 2689 valideyn və 817 təhsilverən cəlb olunub. IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının imtahan mərhələsində 1311 nəfər qız (47. 9 faiz), 1420 nəfər oğlan (52.1 faiz) iştirak edib.
IELS 2025 tədqiqatına Azərbaycan, Braziliya, İngiltərə, Belçika, Koreya, Malta, Niderland və Birləşmiş Ərəb Əmirlikləri cəlb olunub”.
Elnur Əliyev qeyd edib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı (IELS) müxtəlif ölkələrdə uşaqların erkən öyrənmə nəticələrini və onların rifahını yaxşılaşdırmaq istiqamətindəki səyləri dəstəkləmək məqsədilə hazırlanıb: “Bu tədqiqat uşaqların erkən öyrənməsinin gələcəkdə müsbət nəticələrini ən yaxşı şəkildə proqnozlaşdıran sahələri əhatə edir. Erkən öyrənmə sahələri kimi idrak bacarıqları, icraedici funksiyalar və sosial-emosional bacarıqlar əsas götürülür. Tədqiqat, eyni zamanda, uşaqların fərdi xüsusiyyətləri, ev mühiti və erkən uşaqlıq təhsili, həmçinin qayğı göstərmə təcrübələri ilə bağlı mühüm kontekstual məlumatları toplayır”.
Digər xəbərlər