Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Tarixin bütün dövrlərində həyat yoldaşı ilə çiyin-çiyinə döyüşən xanımlarımız olub və bu gün də var. Səyyarə xanım da onlardan biridir. Həyat yoldaşı Xanəli Nuriyev Azərbaycan Silahlı Qüvvələrində baş gizir olub, 26 aprel 1993-cü ildə Sədərək rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Həyat yoldaşı şəhidlik zirvəsinə ucalan Səyyarə xanım onun səngərdəki yerini özü tutub. O, Babək rayonunun Yuxarı Buzqov kəndində düşmənlə üz-üzə dayanıb. Naxçıvanın müharibə veteranı qadınlarındandır. 1990-cı illərin ən çətin günlərində həyat yoldaşını Vətənə qurban verən bu xanım bir an belə sınmayıb, kədərini ürəyində qürura çevirib, həm döyüşüb, həm də şəhidin yadigarı üç balasını böyüdüb. Üç övladını atasının adına, onun şərəfli xatirəsinə layiq böyütmək Səyyarə xanımın ən böyük təsəllisi və qürur mənbəyidir. Azərbaycan qadını məhz belə məqamlarda öz gücünü göstərir, ağrısını içində yaşadaraq, övladlarını Vətən sevgisi ilə böyüdərək şəhid adını uca tutur.
Azərbaycan qadını hər zaman ailəsinin dayağı, cəmiyyətin mənəvi sütunu olub. O, sevgi ilə qurur, səbirlə qoruyur, inamla yaşadır. Şəhid xanımı, müharibə veteranı Səyyarə Nuriyevanın timsalında isə bu güc daha aydın görünür.
Zəhra VƏLİYEVA
Digər xəbərlər