Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Milyonlarla insanın reallaşan arzusu, qürurla şahidi olduğu tarixi an
Azərbaycan tarixinin yeni səhifəsi yazılır. Bu səhifənin baş qəhrəmanı isə öz xalqının gücünə arxalanaraq həm hərb meydanında, həm də diplomatik masada qələbəyə imza atan Müzəffər Ali Baş Komandandır!
Hər kəsin gözü önündə imzalanan bəyanatla artıq Zəngəzur dəhlizinin açılması rəsmiləşdi. Bu dəhliz illərlə qəlbimizdə yaşayan nisgilin, yarımçıq qalan arzuların, bölünmüş coğrafiyaların birləşməsinin simvoludur. Bu yol, yalnız sərhədləri deyil, həm də qəlbləri birləşdirir.
Bu gün biz təkcə bir infrastruktur layihəsinin həyata keçdiyini qeyd etmirik. Bu gün biz, Şuşaya, Zəngilana, Laçına, Füzuliyə aparan Zəfər yolunun davamını görürük. Bu gün biz yol salırıq tarixə, sabaha, gələcəyə!
Mən ötən yazılarımın birində qeyd etmişdim: “Bu gün Naxçıvanda oturub bu sətirləri yazarkən bilmirəm o yola nə zaman çıxacağam. Amma bir şeyi dəqiq bilirəm: o yol açılacaq! Və mən o yolun sərnişini olacağam. O zaman həm bir jurnalist, həm də bir vətəndaş kimi borcumu yerinə yetirəcəyəm. Mənim həsrətimin adında Zəngəzur yolları uzanır, arzularımda isə Qarabağ torpağı yaşayır.
Vətəndən Vətən torpağına qovuşmaq arzusu ilə!..”
O gün gəldi! Bu artıq təkcə mənim yox, milyonlarla insanın reallaşan arzusu, qürurla şahidi olduğu tarixi bir an oldu. Biz bu günü illərlə gözləmişik.
Hərb meydanında 44 günlük müharibə ilə tarix yazan Ali Baş Komandan İlham Əliyev indi sülh meydanında da bu Zəfəri tamamlayır. Zəngəzur dəhlizinin açılması həm də bölgədə yeni əməkdaşlıq imkanlarının qapılarını açır. Bu, Azərbaycanın bölgədə artan nüfuzunun, siyasi iradəsinin və strateji baxışının nəticəsidir.
Zəfər təkcə silahla deyil, iradə ilə, uzaqgörənliklə, sarsılmaz birliklə qazanılır. Bu gün bu Zəfəri yaşayan xalqın Lideri, artıq yalnız qalib bir sərkərdə deyil o, həm də sülhün, sabitliyin və milli iradənin simvoluna çevrilmişdir.
Tarixin axarını dəyişən bu yol, Azərbaycanın dünyaya çıxışının yeni formatıdır. Azərbaycan dövləti bu uğuru güc və ağlın birliyi ilə əldə etdi. Bu, bütöv Azərbaycanın yol xəritəsidir.
Həmin tarixi ana şahidlik etmək həm şərəf, həm də böyük qürurdur. Zəngəzur dəhlizinin açılması bizim milli həmrəyliyimizin, lider ətrafında sıx birləşməyimizin və sarsılmaz iradəmizin təntənəsidir. Hərb və sülh meydanının Qalib Sərkərdəsi bu tarixin memarıdır!
Biz bir daha sübut etdik: Azərbaycan güclüdür, Azərbaycan qalibdir!
Bülbül Rövşənqızı
Digər xəbərlər