Naxçıvanda moped piyadanı vurub
18:13 22.04.2026
0
0
0
Həmyerlimiz, Sədərək rayonunun yetirməsi, Azərbaycan Respublikasının Əməkdar artisti, Dərbənd Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Bəhlul oğlu Əliyev "Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Bu yüksək fəxri ad sənətkarın uzun illər ərzində teatr sənətinə verdiyi töhfələrin, səhnə mədəniyyətinin inkişafı istiqamətində göstərdiyi xidmətlərin və Azərbaycan milli teatr ənənələrinin Dərbənddə yaşadılması sahəsindəki fəaliyyətinin mühüm qiymətləndirilməsidir.
Qeyd edək ki, Sərvər Əliyevin quruluş verdiyi tamaşalar həm yerli, həm də region miqyasında maraqla qarşılanır, Azərbaycan dramaturgiyasının təbliğinə mühüm töhfə verir.
Həmyerlimizi bu münasibətlə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
Digər xəbərlər