NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Hakan Fidan: Diplomatiya bütün qlobal problemlərin yeganə həlli yolu olmalıdır

...

Antalya Diplomatiya Forumu artıq qlobal bir brendə çevrilib. Forumu oxşar tədbirlərdən fərqli edən isə onun birləşdirmə, görüşdürmə gücüdür.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan ADF2026-nın rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.

“Qeyri-müəyyənliklərin artdığı bu dövrdə gələcəyin formalaşdırılması günümüzün əsas problemlərindən birinə çevrilib”, - deyən nazir Yaxın Şərqdə baş verən son proseslərə toxunaraq əldə olunan atəşkəsin davamlılığının zəruriliyini vurğulayıb.

Diplomatiyanın bütün qlobal problemlərin yeganə həlli yolu olmasının vacibliyini qeyd edən nazir deyib: “Qeyri-müəyyənliklərin artdığı bu dövrdə əsas sual gələcəyi hansı düşüncə, hansı iradə və necə bir baxışla formalaşdıracağımızdır. Məhz bu məqsədlə qlobal və regional məsələlər Antalyada müzakirəyə çıxarılacaq, həll yolları isə ortaq düşüncə və fikirlərlə formalaşacaq. Hər gün şahidi olduğumuz kimi, bir-birini alovlandıran böhranlarla qarşı-qarşıyayıq. Burada əsas olan təkcə böhranların və geosiyasi məhdudiyyətlərin artması deyil, həm də qeyri-müəyyənlik və böhranların beynəlxalq sistemin müvəqqəti nasazlığı olmaqdan çıxaraq, artıq dövrümüzün əsas xarakterinə çevrilməsidir”.

Nəşr edilib : 17.04.2026 16:54