Azərbaycan və Qazaxıstan Xəzər dənizində hərbi təl...
22:34 19.06.2025
0
0
0
NAXÇIVAN :
20 Iyun 2025, Cümə
İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə "Haber Global" telekanalının reportajında bildirilir.
Süjetdə deyilir ki, açılış mərasimində iştirak edənlər Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə ediblər.
Ailələrə yeni mənzillərin açarları təqdim olunması zamanı emosional anlar yaşanıb. Təqdimat mərasimində bir uşağın əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, sonra isə Azərbaycan Prezindenti İlham Əliyevi qucaqlaması insanların üzlərində təbəssüm yaradıb.
Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edilib. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldilib. Dövlət başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verilib.
Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.
2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.
“Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.
Digər xəbərlər