Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
“Bu gün keçirilən konfrans autizm sahəsində elmi əsaslı yanaşmaların təşviqi, qabaqcıl yerli və beynəlxalq təcrübənin paylaşılması, autizmli şəxslərin hüquqlarının qorunması və onların inklüziv cəmiyyətə inteqrasiyasının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”. Bu sözləri “Şərq qapısı”na açıqlamasında “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Günay Ağayeva bildirib. O vurğulayıb ki, belə tədbirlər mütəxəssislər, valideynlər və aidiyyəti qurumların nümayəndələri arasında elmi bilik və praktiki təcrübə mübadiləsi üçün səmərəli platforma rolunu oynayır. Autizmli şəxslərin cəmiyyətə tam və bərabərhüquqlu inteqrasiyası, hüquqlarının qorunması, keyfiyyətli və inklüziv təhsilə çıxış imkanlarının genişləndirilməsi və məşğulluq imkanlarının artırılması dövlətin sosial siyasətinin, milli inkişaf strategiyalarının və insan kapitalının inkişaf proqramlarının əsas prioritet istiqamətlərindəndir. Günay Ağayeva qeyd edib ki, son illər ölkədə autizm mövzusunda ictimai məlumatlılıq əhəmiyyətli dərəcədə artıb. Bu, dövlət qurumları, QHT-lər, mütəxəssislər və vətəndaş cəmiyyətinin birgə fəaliyyəti, elmi-praktik konfranslar, maarifləndirici seminarlar və ictimai tədbirlər nəticəsində mümkün olub. “Regional İnkişaf” İctimai Birliyi həssas əhali qruplarına, xüsusilə autizm spektr pozuntusu olan uşaqlara və onların ailələrinə dəstək məsələlərini hər zaman prioritet istiqamət kimi müəyyən edir. Birliyin icra etdiyi inklüziv təhsil layihələri, Autizm Mərkəzi və digər qurumlarla birgə təşkil etdiyi konfranslar, təlimlər və maarifləndirici tədbirlər uşaqların bərabər təhsil imkanlarının artırılmasına və cəmiyyətin diqqətinin bu uşaqların və ailələrinin ehtiyaclarına yönəldilməsinə xidmət edir. O bildirib ki, “Autizm spektr pozuntusu üzrə etik terapiya modeli və inkişaf strategiyaları” mövzusunda keçirilən konfrans sahə üzrə elmi əsaslı yanaşmaların təşviqi, qabaqcıl yerli və beynəlxalq təcrübənin paylaşılması, autizmli şəxslərin hüquqlarının qorunması və onların inklüziv cəmiyyətə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm töhfə verəcək. Günay Ağayeva bu gün keçirilən tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib və konfransın işinə uğurlar arzulayıb.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər