Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevə həsr olunmuş “Naxçıvan şikəstəsi” adlı yaradıcılıq gecəsi keçirilir. Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova da yaradıcılıq gecəsində çıxış edib. Xalq artisti bu barədə təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb. Bildirib ki, Naxçıvana hər gəlişində ruh halı daha da gözəlləşir: "Naxçıvanda adam daxilən rahatlıq tapır, ruhən dincəlir. Nə qədər yorğun olsam da, buraya gəldikdə yorğunluğum azalır, əhvali-ruhiyyəm yaxşılaşır. Fəxrlə deyim ki, Naxçıvanda iştirakçısı olduğum hər tədbirdə yaradılan şəraitdən, təşkilatçılıqdan, göstərilən diqqət və qayğıdan məmnun qalmışam".
Xalq artisti qeyd edib ki, dəyərli bəstəkar Nazim Quliyevin yubiley tədbirində iştirak etmək onun üçün böyük sevinc və qürurdur. Onun bəstələrini illər öncə ifa edib, lakin o zaman şəxsən tanımayıb. Nazim Quliyevin adı hər zaman sənət mühitimizdə hörmətlə çəkilib. Zaman keçdikcə onunla yaxından tanış olublar və aralarında yaradıcılıq əməkdaşlığı formalaşıb.
Gülyanaq Məmmədova vurğulayıb ki, Nazim Quliyevin bəstələdiyi bəzi şikəstələr gələcəkdə tarixə düşəcək dəyərli sənət nümunələridir. "Naxçıvan", "İrəvan" şikəstələrinin ilk ifaçılarından biri olmaq isə onun üçün böyük şərəf və xoşbəxtlikdir.
Digər xəbərlər