Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2023-cü ilin sentyabrından tətbiq olunan yeni qrant modeli və onun real nəticələri təqdir edilib, bu modelin bütün respublika üzrə tətbiqinə qərar verilib.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov Agentliyin 5 illik fəaliyyətinə dair mətbuat konfransında söyləyib.
O qeyd edib ki, QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi bütövlükdə QHT sektorunun inkişafında keyfiyyətcə tam yeni mərhələ açır. Agentlik bu Fərmanla ilk dəfə tənzimləyici orqana çevrilib. Bu inam və etimadı layiqincə doğrultmaq üçün Agentliyin bütün komandası var gücünü səfərbər edəcək.
Fuad Məmmədov vurğulayıb ki, hazırda "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sisteminin fəaliyyətə başlaması üçün gərgin iş aparılır.
Digər xəbərlər