NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

FHN: İntensiv yağışlarla əlaqədar 84 nəfər təhlükəsiz əraziyə təxliyə edilib

...

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir. FHN-dən “Şərq qapısı”na verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

Nəşr edilib : 28.03.2026 18:30