Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Bakı şəhərinin “Sea Breeze” ərazisində Baku Pulse tərəfindən “Sea Breeze Run 2” qaçış yarışı təşkil olunub. Ümumilikdə, 267 həvəskar və peşəkar idmançının iştirak etdiyi tədbir çərçivəsində 10 km məsafəyə qaçış və müxtəlif yaş kateqoriyaları üzrə yarışlar təşkil olunub.
Yarışa Naxçıvandan qatılan idmançı Əmrah Nağıyev 10 km məsafədə müvəffəqiyyət qazanıb. Atlet finişə ikinci olaraq çatıb və yarışın gümüş medalına layiq görülüb.
Qeyd edək ki, yarış iştirakçıları arasında Rusiya, Pakistan, İran, Ukrayna, Portuqaliya, Gürcüstan, Türkiyə, Çexiya, Özbəkistan, Qazaxıstan, Braziliya, ABŞ və digər ölkələrin nümayəndələri də yer alıb.
Digər xəbərlər