NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Elvin Hacıyev: Bu tipli mərkəzlər beynəlxalq praktikada da çox böyük effekt təşkil edir

...

"Bu gün Naxçıvan Dövlət Universitetinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə apardığı fəaliyyət nəticəsində təsis edilmiş İnnovasiya Mərkəzinin açılışını qeyd edirik. Bu bizim agentliyin dəstəyi ilə  üçüncü bu tipli innovasiya mərkəzidir. Bundan öncə Bakı və Sumqayıt şəhərlərində oxşar formatlı mərkəzlər təsis edilib. Bu sevindirici haldır ki, bu gündə biz Naxçıvan şəhərində bu mərkəzinin açılışını icra edirik".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev deyib.
O qeyd edib ki, mərkəz həm prototipləşdirmə laboratoriyası, həm də innovasiya mərkəzi funksiyalarını icra edəcək.  Belə ki, burada iki kompüter otağı təsis edilib. Bununla yanaşı, 6 prototipləşdirmə istiqamətli laboratoriya otaqları hazırlanıb, burada 3D printerlər, SNS avadanlıqları və daha çox hardware startapların və lahiyyələrin prototipləşdirmə işlərini icra edilməsi üçün lazım olan texniki təchizatlar təchiz edilib. Mərkəz istər innovasiya istiqamətində, istərsə də texnologiya istiqamətində bir çox proqramlara və lahiyələrə ev sahibliyi etməyi planlaşdırılır. Artıq burada bir neçə inkubasiya proqramlarının demodelləri, vitat, şəbəkələşmə görüşləri keçirilib. Təbii ki, sonrakı dövr üçündə genişmiqyaslı bir fəaliyyət planımız mövcuddur.
"Düşünürük ki, bu regionlarımızın inkişafında, xüsusən də innovasiya mədəniyyətin formalaşdırılmasında startap quruculuğunda, sahibkarlığın inkişafına çox böyük töhfə verəcəkdir. Yəni ideyası olan hər bir gəncimiz, tələbəmiz və universitetdən kənar fəaliyyət göstərən istənilən hər bir şəxs öz ideyasını gerçəkləşdirmək üçün burada ona lazım olan dəstəyi əldə edəcəkdir. Lazım olan iş mühiti ilə tanış olub öz işlərini icra edə biləcəkdir. Bu tipli mərkəzlər, ümumilikdə, beynəlxalq praktikadada çox böyük effekt təşkil edir. Biz inanırıq ki, burada da eyni nəticələri qısa zamanda Naxçıvandakı innovasiya mühitini ekosistemi inkişafına  çox böyük töhfəsi olacaq", – deyə Elvin Hacıyev əlavə edib.

Nəşr edilib : 01.10.2025 13:52