Победоносная Армия Великого Главнокомандующего...
00:08 26.06.2025
0
0
0
İxrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qeyri-iş günlərində – 26 və 27 iyun tarixlərdə fəaliyyət göstərəcək.
Qeyd edilən tarixlərdə sahibkarlar, iş günlərində olduğu kimi, müvafiq xidmətlərdən yararlanmaq üçün aidiyyəti üzrə müraciət edə bilərlər. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu qərarla sahibkarların fəaliyyətində fasiləsizlik prinsipini əsas tutaraq ixrac prosesində operativliyin təmin olunmasına xidmət edir.
Digər xəbərlər