NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb

...

2026-cı ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,8 faiz artaraq 3 milyard 834,4 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 944,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,8 faizini təşkil edib.

2026-cı ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 373,5 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 47,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Nəşr edilib : 15.04.2026 14:56