Naxçıvanda sertifikatlaşdırmanın 2-ci gününün I se...
15:26 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
18 sentyabr 2025-ci il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində abidəsinin ucaldılması haqqında Sərəncam imzalanıb.
Mövzu ilə bağlı jurnalistlərə açıqlama verən Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov bildirdi ki, Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə bir sıra işlər həyata keçirilir.
Pərvin Həsənov qeyd etdi ki, abidənin ucaldılacağı ərazi müəyyənləşdirilib, müvafiq konsept hazırlanıb. Konseptə uyğun olaraq Naxçıvan şəhər “Əcəmi Seyrəngahı" Mədəniyyət və İstirahət Kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə əlaqədar layihələndirmə işləri aparılıb, hazırda tikinti-quraşdırma işləri həyata keçirilir. Görülən işlərlə, eyni zamanda heykəlin və postamentinin hazırlanmasına da başlanılıb.
Şöbə müdiri bildirdi ki, heykəl hazırda Bakı şəhərində hazırlanır. Cari ilin may ayında muxtar respublikaya gətirilməsi nəzərdə tutulur.
Abidənin ucaldılması mədəni irsin təbliğini gücləndirəcək, qədim diyarın estetik görünüşünü daha da yaxşılaşdıracaq və şəhərin diqqətçəkən məkanlarından birinə çevrilərək daha çox ziyarətçi cəlb edəcəkdir.
Qeyd edək ki, heykəlin hündürlüyü 2,7 metr, postamentinin hündürlüyü isə 90 sm-dir. Ərazinin sahəsi 212 kvadratmetrdir. Heykəlin müəllifləri Xalq rəssamları Salhab Məmmədov və Əli İbadullayevdir.
Digər xəbərlər