Azərbaycan-Türkmənistan münasibətləri: Hörmət və e...
08:14 19.04.2026
0
0
0
Tanınmış dilçi alim, pedaqoq Əbülfəz Muxtaroğlu ömrünün 86-cı ilində vəfat edib. 1939-cu ildə Şahbuz rayonunun qədim yaşayış məskənlərindən biri olan Zərnətün kəndində dünyaya gələn Əbülfəz Quliyev orta təhsilini başa vurduqdan sonra Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil almış, sonra isə Aşağı Qışlaq kəndində müəllim işləmişdir. 1972-ci ildə indiki Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili kafedrasında müəllim kimi fəaliyyətə başlamış, “Şahbuz şivələrinin leksikası” adlı dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Naxçıvan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti olan Əbülfəz Quliyev Naxçıvan Müəllimlər İnstitutunda Dillər və ədəbiyyat kafedrasının müdiri vəzifəsində də çalışmışdır. Əbülfəz Muxtaroğlu pedaqoji fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olub. Müəllifi olduğu 5 kitabı, 60-dan çox elmi məqaləsi elmi yaradıcılıqla bədii düşüncənin təzahürüdür. Onun bir çox şeirlərinə mahnılar bəstələnmişdir. “Bir möhürbənd lazımdır”, “İkinci görüş” şeir kitabları, tərtib etdiyi “El məhəbbəti” və “Zorbulağın zümzüməsi” almanaxları, “Şahbuzlu şəhidlər” publisistik kitabı ədəbi-ictimai mühit və oxucular arasında maraqla qarşılanmışdır.
Allah rəhmət eləsin.
Digər xəbərlər