Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dönəmində olduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra da sülh, barışıq diplomatiyasına sadiqdir və bu yolda zaman-zaman qətiyyətli addım atır, dönməz mövqe ortaya qoyur. Beş ilə yaxın davam edən danışıqlar fonunda regionda cərəyan edən ictimai-siyasi hadisələr belə deməyə əsas verir ki, Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyinə alternativ yoxdur və bundan sonra da olmayacaq. İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü isə bu baxımdan tarixi irəliləyiş, münasibətlərin normallaşması, davamlı sülhün əldə olunması istiqamətində baş tutan danışıqlarda yeni mərhələ adlandırmaq olar.
Əbu-Dabi görüşünü əvvəlki dialoq platformalarından fərqləndirən ən mühüm cəhət, sözsüz ki, bununla danışıqların ikitərəfli formata keçidinin əsasının qoyulmasıdır, başqa sözlə, bu görüşlə tərəflər ilk dəfə əlavə vasitəçi olmadan müəyyən məsələlərə dair fikir mübadiləsi apara biləcəklərini ortaya qoyublar. Bu addımı Azərbaycanın uzun illərdir, apardığı sülh diplomatiyasının əsas meyarlarından biri kimi, uğurlu dönüş nöqtəsi adlandırmaq olar. Yeni yanaşma respublikamızın milli və dövlət maraqlarına tam uyğundur, qarşı tərəfin məsələlərə konstruktiv yanaşmasını üzə çıxarmağa əvvəlkilərdən daha çox yaxındır. Və ən əsası, bütün bunların timsalında Əbu-Dabi görüşü həm də şəxsi maraqları naminə Cənubi Qafqaza əl uzatmağa çalışan xarici qüvvələrə qarşı mühüm siyasi mesaj təsiri bağışlayır – biz kənar müdaxilə olmadan da, özümüz öz problemlərimizi öz aramızda müzakirə edə bilərik mesajını. Azərbaycanın bundan sonra da beynəlxalq hüquq və tarixi ədalət prinsiplərinə əsaslanan mövqeyini davam etdirəcəyini sübut edən yeni format həm də artıq Ermənistan tərəfinin də yavaş-yavaş baş verən oyunların əsl mahiyyətini dərk etməyə başladığını, müxtəlif siyasi dairələrin əlində oyuncaq olmaqdan yaxın gələcəkdə imtina edə biləcəyini göstərir.
Görüşün yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatlara əsasən tərəflər iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb. Bəli, göründüyü kimi, müzakirə predmeti tam aydındır, masaya yatırılan məsələlər həll baxımından zəncirvari xarakter daşıyır, böyük mənada, respublikamızın ortaya qoyduğu mövqe ilə üst-üstə düşür. Cavabı gün kimi aydın olan belə bir sual yaranır: rəsmi Bakı nə istəyirdi bu günə kimi?
Birinci növbədə, sərhədlərin delimitasiya və demarkasiya prosesi sürətləndirilməli, hansı ki Azərbaycan bu istiqamətdə dəfələrlə konkret xəritələr və təkliflərlə çıxış edib. Daha sonra regionda kommunikasiya xətləri açılmalı və iqtisadi inteqrasiya planları, layihələr reallaşdırılmalıdır. İkinci məsələdə də mövqe aydın və dəyişməzdir: Ermənistan imza atdığı 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər ərazisi arasında nəqliyyat bağlantısını təmin etməlidir. Və nəhayət, regional və beynəlxalq iqtisadi əməkdaşlığa əvəzsiz töhfələr verəcək, respublikamızın mühüm təşəbbüsü olan Zəngəzur dəhlizi açılmalıdır. Əslində, Ermənistan tərəfi də dərindən düşünsə, ən optimal yolun məhz bu məsələlərin həllindən ibarət olduğu həqiqətinə varacaq. Əks təqdirdə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dalan ölkə kimi yaşamağa və hər gün daha da çox itirməyə davam edəcək.
Ümumilikdə, iyulun 10-da keçirilən və bir neçə saat davam edən Əbu-Dabi görüşü yeni formata keçid baxımından Prezident İlham Əliyevin irəli sürdüyü sülh diplomatiyasının növbəti uğurlu addımı kimi tarixə düşdü. Eyni zamanda bu dialoq Ermənistan üçün böyük iqtisadi, siyasi inteqrasiya fürsəti yaratmaq nöqteyi-nəzərindən əlamətdar oldu. Azərbaycan böyük təşəbbüs sayəsində danışıqları növbəti mərhələyə – ikitərəfli formata daşıyaraq üzərinə düşəni layiqincə yerinə yetirməklə topu Ermənistan tərəfinə ötürdü. Və nəhayət, qarşı tərəf oyuncaq olmaqdan imtina edərək əlinə düşən bu fürsəti nəticəyə çevirmək üçün siyasi yetkinlik, diplomatik çeviklik, qətiyyətli mövqe ortaya qoymalı, uzunmüddətli sülh, siyasi, iqtisadi inkişaf, inteqrasiya yoluna addım atmalıdır. Təbii ki, bu yol Azərbaycanla hərtərəfli razılaşmadan, bu yol Zəngəzur dəhlizindən keçir...
Nail ƏSGƏROV
Digər xəbərlər