NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Düşənbədə beynəlxalq rəqs festivalı: Azərbaycan milli irsi uğurla təqdim olunub

...

Tacikistanın paytaxtı Düşənbə ölkənin dövlət müstəqilliyinin 35 illiyinə həsr olunmuş “Rəqs bizi birləşdirir” adlı beynəlxalq festivalı keçirilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, festivalda Azərbaycanı təmsil edən Dövlət Rəqs Ansamblı zəngin milli rəqs irsimizi “Ağ çiçək” və “Zəngəzur yallısı (Ağbaba)” rəqsləri ilə yüksək peşəkarlıqla təqdim edib.

Festival çərçivəsində Tacikistanın mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen iştirakçı ölkələrin rəsmi nümayəndələri ilə görüşərək mədəni əməkdaşlığın genişləndirilməsinin və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

MDB ölkələrinin qatıldığı festival xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, milli-mədəni irsin qorunmasına və inkişafına töhfə verib.

Festival konsert proqramları ilə davam edib, yekunda iştirakçılara fəxri mükafatlar təqdim olunub.

Nəşr edilib : 04.05.2026 12:09