Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Onların üzünü görməsək də, fərqli obrazların simasında səslərini eşidirik. Bu sənət və onun icraçıları öz fərqlilikləri ilə seçilir. Dublyaj yaxud “səsləndirmə sənəti” adlandırılan bu sənət kinofilmlərin, animasiyaların, serialların auditoriya ilə emosional əlaqə qurmasında mühüm rol oynayır. Muxtar respublikamızda dublyaj sənət sahibləri barmaqla sayılacaq qədər olsa da,aralarında həmin sənəti icra edən sənətkarlarımızda az deyil. Belə sənətkarlarımızdan biridə Müzəffər Əsgərovdur.“Zəfər” təxəllüsü ilə öz uğurlu karyerasında zəfərlər qazanan Müzəffər müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti”, “Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi”fəxri adlarını daşıyır. Hazırda “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin Sənədli filmlər və dublyaj redaksiyasının baş redaktoru vəzifəsini icra edən müsahibim 2002-ci ildən burada çalışır.
İlk dəfə rejissor kimi fəaliyyətə başlayan Müzəffər Zəfər rus dilini bildiyindən dublyaj işini öz üzərinə götürüb. Həmin dövrdə efir vaxtının 6 saat təşkil etməsinə baxmayaraq, bu saatın əsas yükünü dublyaj sənətinin üzərinə yüklənib və bununla efir saatı yavaş-yavaş artmağa başlayıb.“İlk dövrlər mən və bir montajçı ilə işə başladıq”, – deyən müsahibim həmin günlərdə bir çox çətinliklərlə üzləşdiklərini bildirir: “Lakin bu gün Sənədli filmlər və dublyaj redaksiyasının 12 əməkdaşı varvə işimizi ən yüksək şəkildə yerinə yetirmək üçün hər cür şərait yaradılıb. Burada ingilis,türk və rus dillərindən tərcümələr edilir. Bu gün televiziyanın kollektivi arasında sənədli filmlərin və digər filmlərin səsləndirilməsində öz əməkdaşlarımızın səslərindən istifadə olunması təqdirəlayiqdir”.
Müsahibim deyir ki, Naxçıvan televiziyası dövlətçiliyimizin qorunması yolunda fəaliyyət göstərən əsas media orqanlarından biridir: “Çalışırıq ki, ictimaiyyəti, xalqımızı, millətimizi maarifləndirmə yolunda,onların dünyagörüşünün formalaşması yolunda işlər görək. Bunun üçün ilk olaraq filmlər seçilir və bunlar arasında ABŞ, Türkiyə, Böyük Britaniya, Rusiya, Gürcüstan və sair ölkələrin istehsalı olan filmlər var. Burada tamaşaçıya hansı yenilikləri, məlumatları çatdıra bilərik prinsipi əsas götürülür.Bundan sonra razılaşdırılır və qəbul edildikdən sonra film tərcümə üçün həmin dili bilən kadrlara təqdim edilir. Əsasən, sənədli filmlər, televiziya filmləri tərcümə olunur. Bununla yanaşı, biz həm də filmi dinləməliyik ki, oradakı auranı, atmosferi, aktyorun səsini, tərziniöncədən mənimsəyib eyni qaydada tamaşaçıya çatdıraq. Bu tipli filmlərin dublyajı, təxminən, bir həftə, on gün vaxt aparır”.
Müzəffər Zəfər bildirir ki, artıqNaxçıvan televiziyası yerüstü yayıma keçib və peyk vasitəsilə bütün dünyaya yayımlanır: “Dublyaj etdiyimiz filmlərdə çalışırıq ki, fon səsləri, obrazların danışığını olduğu kimi tamaşaçıya çatdıraq”.
Son illər texnologiyanın inkişafının bu sənətə müsbət təsirinin olduğunu bildirən müsahibimqeyd edir ki, əvvəllər filmlərdə olan bəzi səsləri, məsələn, ağacı dəmirə sürtməklə əldə edirdik. Lakin indi bu səslərin hər birini texniki vasitələrlə əldə etmək mümkündür və texnikanın sahib olduğu üstünlükləri öz işimizə gətirməli, yansıtmalıyıq.
“Bu sənətə maraq necədir?” sualımızı müsahibim belə cavablandırır: “Naxçıvandan çox az insan bu sənətə maraq göstərsə də, Azərbaycanın digər bölgələrindən buradakı universitetlərə qəbul olan tələbələrin bəziləri bu sahədə çalışmaq üçün müraciət ediblər. Ümumiyyətlə, bu sənəti icra edərkən əsas orfoepiya qaydalarına əməl etmək lazımdır. Danışığı bacaran, gözəl nitq qabiliyyəti olan adam səsləndirmə işini icra edə bilər. Burada səs gözəlliyi deyil, xalqın danışıq dilinə uyğunluq önəm daşıyır”.
Son 5 ildə 200-ə yaxın sənədli filmin dublyaj olunduğunu bildirən müsahibim qeyd edirki, bunlar arasında tarixi filmlərdə var, təbiətdən,elmi texniki-tərəqqidən, tibbdən bəhs edənlər də.
Dublyaj otağına daxil oluruq, buradakı qeyri-adi görünüş diqqətimizi çəkir. Bu qeyri-adiliyin səbəbini soruşuruq. Müsahibim diqqətimizə çatdırır ki, əlavə səs küy olmasın, səs tam orijinal olsun, hər hansı bir kənar səs olmasındeyə dublyaj otaqları tüp şəklində hazırlanır və həm çöldən, həm də daxildənizolyasiya olunur. Çünki dublyaj mikrofonları həddən artıq həssasdır və kənar səsləri tez tutur.
Qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ciil 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanından sonra ölkəmizdə dublyaj işinə xüsusi önəm verilib.Bir vaxtlar ölkəmizdə zəif inkişaf edən bu sənətin geniş yayılması yönündə müvafiq işlər görülür və inanırıq ki, gələcəkdə bu sahədə daha böyük uğurlu əldə ediləcək.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər