Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sa...
19:20 06.06.2026
0
0
0
NAXÇIVAN :
07 Iyun 2026, Bazar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı il iyunun 5-də su təsərrüfatı və meliorasiya sahəsində çalışan bir qrup əməkdaşın təltif edilməsi ilə bağlı Sərəncam imzalanıb. Sərəncama əsasən ölkənin su təsərrüfatı və meliorasiya sisteminin inkişafında səmərəli fəaliyyət göstərən əməkdaşlar müxtəlif dövlət mükafatlarına layiq görülüblər.
Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında su təsərrüfatı və meliorasiya sisteminin inkişafında səmərəli fəaliyyət göstərən əməkdaşların da adları var. “Şərq qapısı” qəzeti olaraq “Tərəqqi” medalı ilə təltif olunan həmin əməkdaşlarla görüşüb təəssüratlarını öyrəndik.
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Emil Səfərov bildirib ki, artıq 13 ildir, bu sahədə çalışır. O, dövlət tərəfindən əməyinə verilən yüksək qiyməti böyük qürur hissi ilə qarşıladığını vurğulayıb:
“Su təsərrüfatı insanların gündəlik həyatında mühüm rol oynayan strateji sahələrdən biridir. Bu sahədə çalışan hər bir əməkdaş öz işinə böyük məsuliyyətlə yanaşır. Əməyimizin dövlət səviyyəsində qiymətləndirilməsi bizim üçün həm qürurverici hadisə, həm də gələcək fəaliyyətimizə əlavə stimul deməkdir. Bu təltifi yalnız öz adıma deyil, birlikdə çalışdığım bütün həmkarlarımın əməyinə verilən dəyər kimi qəbul edirəm. Göstərilən etimada görə minnətdarlığımı bildirir, bundan sonra da üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağımı qeyd etmək istəyirəm”.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxs, Naxçıvan Şəhər Sukanal İdarəsinin Qəza-bərpa Xidmətinin Kanalizasiya şəbəkələri üzrə qəza-bərpa və təmir bölməsinin ustası Hüseyn Allahverdiyev isə qeyd edib ki, 34 illik əmək fəaliyyətinin dövlət tərəfindən qiymətləndirilməsi onun üçün xüsusi əhəmiyyət daşıyır: “Uzun illərdir, bu sahədə çalışıram. İşimi hər zaman vicdanla yerinə yetirməyə çalışmışam. Dövlət tərəfindən belə bir yüksək mükafata layiq görülmək mənim üçün ən dəyərli qiymətlərdən biridir. Bu təltif təkcə mənim deyil, uzun illər birlikdə çalışdığım kollektivimizin də əməyinə verilən dəyərin göstəricisidir. Bu yüksək diqqət və etimada görə ölkə başçısına minnətdarlığımı bildirirəm”.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Texniki nəzarət və hidrotexniki qurğuların təmiri şöbəsinin subartezian nasoslarının təmiri sexində usta vəzifəsində çalışan Vüsal Qoçəliyev isə bildirib: “Dövlət təltifinə layiq görüldüyümü öyrənəndə çox sevindim. Bu xəbər mənim üçün olduqca qürurverici və unudulmaz oldu. İllərdir, gördüyümüz işin diqqətdə saxlanılması və qiymətləndirilməsi hər bir əməkdaşı daha məsuliyyətli çalışmağa sövq edir. Bu mükafat zəhmətimizə verilən dəyərin göstəricisidir. Göstərilən etimada görə minnətdaram və gələcək fəaliyyətimdə də üzərimə düşən vəzifələri daha böyük əzmlə yerinə yetirməyə çalışacağam”.
Digər xəbərlər