Azərbaycan-Latviya sənədləri mübadilə edilib - YEN...
13:15 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Azərbaycanın tarixi torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün bərpa edilməsinin 5-ci ildönümü tariximizin ən unudulmaz səhifələrini əks etdirən və bir-biri ilə bağlı olan əlamətdar hadisələrlə üst-üstə düşməklə vahid bir Zəfər salnaməsini təşkil edir. Bu salnamənin əsasında Azərbaycan xalqının vətənpərvərliyi, Milli Ordumuzun qəhrəmanlığı və Azərbaycan dövlətinin gücünü birləşdirən sarsılmaz həmrəylik dayanır. Beş il əvvəl başlayan Vətən müharibəsinin ilk günü Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq, Ordumuzun əks-hücum əməliyyatına başladığını bəyan etdiyi andan ölkəmizin bütün əhalisi vahid bir yumruğa çevrilərək düşmənə qarşı mübarizəyə başladılar. Təbii ki, bu mübarizənin önündə Müzəffər Ali Baş Komandanın qəhrəman əsgərləri gedirdi.
Milli Ordumuzun rəşadətli mübarizəsi
Milli Ordumuzun qəhrəmanlığı və vətənpərvərliyini yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər”. Əksəriyyəti uğruna can qoyaraq düşməndən azad etdikləri bu əzəli Azərbaycan torpaqlarını - Qarabağı görməmişdi, lakin orada ermənilər tərəfindən törədilən Xocalı, Ağdaban kimi soyqırımlardan xəbərdar idi, doğma torpaqlarımızdan qovulan soydaşlarımızın başına gətirilən zülm və işgəncələrdən xəbərdar idi. Onlar 90-cı illərdə həmin torpaqlar uğrunda şəhid olan vətən övladlarını görməmişdilər, lakin onların qəhrəmanlıq dolu həyat hekayələri ilə böyümüşdülər. Bu gün Vətənimizin müxtəlif bölgələrindəki Şəhidlər Xiyabanlarında I Qarabağ Müharibəsi şəhidlərinin və II Qarabağ Müharibəsi şəhidlərinin yan-yana olan məzarlarında yazılan eyni tarixə rast gəlmək mümkündür: 1992-ci ildə şəhid olanlar və 1992-ci ildə anadan olub 2020-ci ildə ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olanlar. Bu fakt göstərir ki, qəhrəmanlıq Azərbaycan xalqının ruhunda var. Şəhid olan hər igidinin yerində yüzlərlə igid yetişdirər və torpağını qoruyar. Vətənpərvərlik ruhu ilə böyüdülən belə gənclər Ordu sıralarında mübarizə, ciddi intizam və döyüş sənətini öyrənərək hər biri əsl qəhrəman kimi yetişirdilər.
Xalqın Ordumuza dəstəyi
Azərbaycan xalqının vətənpərvərliyi təkcə yetişdirdiyi igidlərlə məhdudlaşmırdı. II Qarabağ Müharibəsinin başlandığı ilk günlərdən bu xalqın bütün nümayəndələri yaşından, statusundan asılı olmayaraq, döyüşlərə qatılmaq üçün müraciət edirdilər. Onlar Azərbaycan dövlətinin haqlı mübarizəsini müdafiə edir, orduya maddi - mənəvi dəstək dəstək nümayiş etdirirdilər. Xalqın ordu ilə həmrəyliyi müxtəlif aspektlərdə təzahür edirdi. Bu özünü hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində, insanların sosial-ictimai fəallığının artmasında, siyasi-informasiya mübarizəsində daha aydın göstərirdi.
Hərbi-vətənpərvərlik dəstəyi yaşından, vəzifəsindən, sosial statusundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının cəbhəyə könüllü olaraq getmək cəhdində əks olunurdu. Onlar hərbi çağırış məntəqələri qarşısında günlərlə növbə tutaraq, Qarabağa göndərilmələri üçün müraciət edirdi. Bu, əsgərlərə mənəvi güc verirdi. Onlar arxalarında bütöv bir xalq dəstəyini, sarsılmaz dövlət gücünü hiss edərək daha böyük inamla döyüşürdülər.
İctimai fəallıq göstərərək ordumuza güclü mənəvi dəstək verirdilər. Bu, özünü sosial şəbəkələrdə müharibənin başlandığı andan qələbəyə inam, Dövləti, Vətəni, Ordunu dəstəkləyən mesajlarından, vaxtaşırı döyüş bölgəsinə gedərək, müxtəlif vasitələrlə əsgərə maddi-mənəvi dəstək nümayiş etdirirdilər. Bunu Azərbaycan bayrağının evlərin, binalarından asaraq, Şəhid ailələrini tək buraxmayaraq, hər zaman onların, qazilərimizin və ailələrinin yanında olmaqla nümayiş etdirirdilər.
İnformasiya mübarizəsində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri fəallıq göstərməkl, erməni lobbisinin çirkin kampaniyalara qarşı fədakarlıqla mübarizə apardılar. Bütövlükdə etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları yüksək səviyyədə həmrəylik nümayiş etdirirdi. Lakin bu həmrəylik dövlətin güclü dəstəyi, sarsılmaz iradəsi ilə ən yüksək səviyyəyə çatmışdır.
Azərbaycan dövlətinin gücü ilə birləşən ordu-xalq həmrəyliyinin gətirdiyi Qələbə
Azərbaycan dövlətinin hərbi-iqtisadi gücü, dövlət başçısının beynəlxalq miqyasdakı siyasi nüfuzu, diplomatik bacarığı Zəfərin əldə edilməsində həlledici rol oynamışdır. Dövlətimizin başçısının siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Ərazi bütövlüyümüzün bərpasına hesablanan düşünülmüş strateji addımlar illər əvvəldən başlamış, ordunun hərbi təchizatı, maddi- texniki bazası ən yüksək səviyyəyə gətirilmişdi. Bu, özünü 44 günlük müharibədə düşməni vahiməyə salan müasir hərbi sənaye texnikalarından istifadə edərək qısa müddətdə strateji əhəmiyyətli yüksəkliklərin alınmasında aydın şəkildə göstərmişdir. 2020-ci il oktyabr ayının demək olar ki, hər günü tarixi ərazilərimizin bir parçasının azad olunması ilə müşaiyət olunurdu: 17-də Füzuli şəhəri, 20-də Zəngilan şəhəri, 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndi, Qubadlı şəhəri azad edilmişdir. Noyabrın 7-dək 53 kəndi azad edən qalib Ordumuz Şuşanı azad etməklə düşməni tamamən darmadağın etmiş, 9-da isə daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi tutaraq düşməni təslim aktını imzalamağa məcbur etmişdir. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti V.Putin və Ermənistanın baş naziri N.Paşinyan tərəfindən üçtərəfli Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 44 gün ərzində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ümumilikdə 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etmişdi. Ordu-xalq-dövlət həmrəyliyinin nəticəsi olaraq, Azərbaycanın XX əsrin sonlarında pozulan suverenlik hüquqları XXI əsrin 20-ci illərində bərpa olundu. Bu şanlı Qələbəni xalqımıza yaşatmış rəşadətli Ordumuzun qəhrəmanlığı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, onun imzaladığı sərəncamlara əsasən Vətən müharibəsinin iki yüz minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunmuşdur. Qəhrəman şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə 2021-ci il sentyabrın 27-də Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılmışdır. Şuşaya böyük Qələbənin rəmzi olan Zəfər yolu çəkilməsi, Füzulidə Beynəlxalq Aeroport açılması, bir vaxtlar hüznlə xatırlanan Xocalı, Zəngilan və ətrafındakı rayonlarda tikilən yaşayış evləri, ictimai binalar, salınan “ağıllı kənd”lər tarixi torpaqlarımıza “Böyük Qayıdış”ın təməlini qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 noyabr 2025-ci il tarixdə AMEA-nın 80 illik yubileyində ölkəmizin müdafiə gücünün əhəmiyyətini xarakterizə edərək demişdir: “Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan sonra 100 il də icra edilməyəcəkdi. Beynəlxalq təşkilatların nüfuzu böyük dərəcədə aşağı düşüb. Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir.” Müasir dünyada bu bir reallıqdır ki, hərbi gücə sahib olmadan sülhü təmin etmək imkansızdır. Azərbaycanın güclü müdafiə sənayesinin olması onu Cənubi Qafqaz regionunda sabitliyin təminatçısına çevirmişdir.
Beynəlxalq miqyasda artıq Azərbaycan dövlətinin başçısı böyük nüfuza malik siyasi lider olaraq yeksək qiymətləndirilir. 8 avqust 2025-ci il tarixdə Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə, 13 Oktyabr 2025-ci il tarixdə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti dünyada sülhün və sabitliyin təminatı, dövlətlərarası münaqişələrin həllində Azərbaycanın əhəmiyyətli mövqeyini təsdiq edərək göstərir ki, güclü dövlət - güclü ordu deməkdir, eyni zamanda inkişaf edən, rifahı gücləndirilən xalq deməkdir. Onların həmrəyliyi ölkə daxilində olduğu qədər beynəlxalq miqyasda da Azərbaycan dövləti, Azərbaycan ordusu, Azərbaycan xalqının sarsılmaz iradəsini nümayiş etdirir.
ZEYNƏB QULİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Tarix elmləri doktoru
AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi
Digər xəbərlər