NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

...

Martın 7-də ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 195, o cümlədən borclu şəxs qismində axtarışda olan 155 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Nəşr edilib : 08.03.2025 10:12