Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilib. “Tərəqqi” medalı ilə təltif olunanlar arasında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Kazım Cəfərov da var. Babək rayon Nehrəm qəsəbəsində anadan olan Kazım Cəfərov 2002-ci ildən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində bir çox vəzifələrdə çalışıb. Hazırda isə 1 saylı Dərəşam yol sahəsində yol ustası kimi fəaliyyət göstərir.
O deyir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunmaq mənim üçün böyük qürur və məsuliyyətdir. Bu mükafat illərlə dəmir yolu sahəsində göstərdiyim əməyə verilən yüksək qiymətin təzahürüdür. Dəmir yolu nəqliyyatının inkişafı dövlətimizin daim diqqət mərkəzindədir. Biz, dəmir yolçular, bu etimadı doğrultmaq, göstərilən etimad və qayğıya layiq olmaq üçün var gücümüzlə çalışacağıq. Bu diqqət bizə həm stimul, həm də gələcək fəaliyyətimizdə daha böyük məsuliyyət hissi verir. Dəmir yolu ölkənin iqtisadi inkişafının, bölgələr arasında əlaqənin və insanların rifahının mühüm təminatçısıdır. Bu sahədə çalışan hər bir əməkdaş bilavasitə dövlətimizin sosial-iqtisadi tərəqqisinə xidmət edir. Prezidentimizin diqqət və qayğısı nəticəsində bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunda mühüm yeniliklər həyata keçirilir, yeni lokomotivlər və vaqonlar alınır, yollar yenidən qurulur.
Müsahibimiz bildirdi ki, təltif olunduğumu eşidəndə çox sevindim və bir daha anladım ki, dövlətimiz əməksevər insanları unutmur, onların əməyinə qiymət verir. Ölkə başçımız tərəfindən dəmir yolu sahəsində uzun illərin əməyinə verilən dəyər mənim üçün böyük şərəfdir. Bu münasibətlə Prezident cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirir, onun rəhbərliyi ilə Azərbaycanın hər bir sahəsində olduğu kimi, dəmir yolu nəqliyyatında da davamlı inkişafın təmin olunacağına əminik.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər