Naxçıvanda təhsilin inkişafı yeni mərhələdə...
12:04 19.04.2026
0
0
0
9 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Culfa rayonunun Əlincə Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində Culfa Rayon İcra Hakimiyyətinin, yerli icra nümayəndəliyi və vətəndaşların iştirakı ilə şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə mövzusunda birgə tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbir zamanı şəhərsalma nəzarətinin əsas norma və qaydaları, eləcə də qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib. Komitənin əməkdaşı Sabit Abdullazadə mövzu ilə bağlı çıxış edərək şəhərsalma qanunvericiliyinin tələblərini diqqətə çatdırıb, bu sahədə institusional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Digər xəbərlər