NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 29 oktyabr 2025-ci il tarixində Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində, xarici işlər nazirinin 30-31 oktyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında iştirakı və çıxışı, həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 29.10.2025 19:16