Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avr...
21:18 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Bunu “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2025-ci il tarixli Sərəncamı ilə bağlı açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.
Rektor qeyd edib ki, Cənab Prezidentimizin bu Sərəncamı ali təhsil müəssisələrində tələbəyönümlü təhsilin təşkilinə böyük dövlət qayğısıdır və tələbəyönümlülük bu gün ölkəmizdə təhsil siyasətinin ən mühüm strateji hədəflərindən biridir. Tələbələrimizin sosial vəziyyətinin yaxşılaşdırılmasına ciddi bir dəstək kimi bu Sərəncam ali təhsilə olan marağı artırmağa xidmət edəcək və eyni zamanda, təhsil alanların keyfiyyətyönümlü inkişafına həm sağlam rəqabət mühiti, həm də bir motivasiya olacaq ki, onlar gələcəkdə öz təhsil göstəricilərini daha da inkişaf etdirmək haqqında düşünsünlər. Bu, təhsil alanlara dövlətimiz tərəfindən kifayət qədər böyük diqqətdir.
Ümumilikdə, son illərdə ali təhsil sistemində, bütövlükdə, ali və orta ixtisas təhsilinin inkişafı ilə bağlı həm maddi-texniki bazanın gücləndirilməsi, həm reytinqlərdə universitetlərimizin qazandığı uğurlar, həm də yeni universitetlərin yaranması, yeni ixtisasların məzmun proqramlarının yenilənməsi cəmiyyətimizdə ölkə ali təhsilinə marağı artırmışdır. Təbii ki, bu siyasətin başında ölkəmizdə aparılan təhsil islahatları dayanır və bu təhsil islahatları daim ölkə başçısının diqqətində olub.
“Biz universitet kollektivi olaraq inanırıq ki, bu Sərəncam ali təhsilə olan marağı daha da artıracaq, tələbələrimizin bu vəsait hesabına əlavə ödənişli xidmətlərə əlçatanlığı təmin olunacaq. Əlbəttə ki, onlar bu təqaüdlər hesabına, sadəcə, sosial vəziyyətlərinə deyil, öz peşəkar inkişaflarına da dəstək imkanı əldə edəcəklər. Çünki bilirik ki, tələbələrimiz əlavə təlimlərə, ödənişli xarici dil kurslarına qoşulurlar, zövqlərinə uyğun müxtəlif kitablar alıb oxumaq həvəsləri var. Ailə büdcəsi ilə bərabər, ölkə başçısının müəyyənləşdirdiyi bu büdcə gələcək sağlam, intellektual gənclərin yetişdirilməsinə qoyulmuş ən ciddi və səmərəli kapitaldır. Bir daha universitet kollektivi adından ölkə başçısına belə mühüm Sərəncama görə dərin minnətdarlığımızı bildiririk”, deyə rektor əlavə edib.
Digər xəbərlər