Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair müvafiq Sərəncamına əsasən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 ədəd subartezian quyusunun qazılması və əhalinin içməli su ilə təmin olunması nəzərdə tutulur. Həmin yaşayış məntəqələri sırasında Babək rayonunun Cəhri qəsəbəsi də yer alır. Dövlət başçısının müvafiq Sərəncamı ilə bağlı qəsəbə sakinləri öz təəssüratlarını qəzetimizlə bölüşdü:
Qəsəbə sakini Ayşən Cavadova bildirdi: “Uzun müddətdir ki, suvarmada və məişətdə su çatışmazlığından əziyyət çəkirik. Ölkə başçısının muxtar respublikada subartezian quyularının qazılması ilə bağlı Sərəncamı biz sakinləri çox sevindirdi. İndi qəsəbəmizdə subartezian quyuları qazılacaq, su xətləri çəkiləcək. Artıq torpaqlarımız daha da canlanacaq və məhsuldarlığımız artacaq. Bu qayğıya görə dövlətimizə minnətdarıq”.
Cəhri qəsəbə bələdiyyəsinin müavini, qəsəbə sakini Oruc Səfərov: “Cəhri qəsəbəsinin içməli su ilə təmin olunması üçün son vaxtlar mühüm işlər həyata keçirilirdi. Bu işlərdən biri də qəsəbə ilə Payız kəndi arasında olan ərazidə, Cəhri vadisinin yatağında yeni subartezian quyusunun qazılmasıdır. Həmin quyu hazır olduqdan sonra su xəttinə qoşulacaq. Görülən bu işlər əhalinin su tələbatına olan ehtiyacının bir qismini ödəyəcək. Qəsəbə üzrə 5 subartezian quyusunun qazılması nəzərdə tutulur. Bu subartezian quyuları üzrə aparılacaq qazıntı işləri yekunlaşdıqda əhalinin su ehtiyacı tamamilə ödəniləcək. Qəsəbə bələdiyyəsinin bir əməkdaşı kimi görüləcək işlərə görə dövlətimizə təşəkkürlərimizi bildiririk”.
Qəsəbə sakini Şərafəddin Fərəcov deyir: “Cəhri qəsəbəsində çoxdandır ki, vətəndaşların su problemi var idi. Dövlət başçısının müvafiq Sərəncamı ilə muxtar respublikanın digər kənd və qəsəbələri ilə yanaşı, Cəhri qəsəbəsində də subartezian quyuları qazılacaq və su xəttləri çəkiləcək. Bundan əvvəl qəsəbə öz su təminatını hazırda əksəriyyətinin yararsız olduğu bulaqlardan əldə edirdi. Sakinlər buna görə su təminatından əziyyət çəkirdi. Muxtar respublikamıza göstərilən diqqət və qayğıya görə dövlət başçımıza öz minnətdarlığımızı bildirik”.
Rafiq TƏHMƏZ
Səmayə RƏSULOVA
Digər xəbərlər