NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Cabbar Musayev: Bu gün Azərbaycan tarixi Zəfərin yaratdığı yeni reallıqlar fonunda sürətlə inkişaf edir

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək etimad göstərərək Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təqdim etməsinə görə minnətdarlığını bildirən Cabbar Musayev qeyd edib ki, bu gün Azərbaycan tarixi Zəfərin yaratdığı yeni reallıqlar fonunda sürətlə inkişaf edir.
O vurğulayıb ki, dövlət başçısının Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətti müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirməsi Azərbaycanın dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.
Bu fikirlər Ali Məclisin 2026-cı il yaz sessiyasının fevralın 9-da keçirilən növbəti iclasında Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunan Cabbar Musayev tərəfindən səsləndirilib.
Cabbar Musayev qarşıda duran vəzifələrin uğurla icra edilməsi, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin layiqincə həyata keçirilməsi üçün bundan sonra da səylə çalışacağını bildirib.

Nəşr edilib : 09.02.2026 15:00