NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Bu gün şəhid övladları Şuşaya yola salınıb

...

“Doğma Azərbaycanımızın hər qarışı bizim üçün çox müqəddəsdir, dəyərlidir. Çünki hər qarışında öz əziz canlarını fəda etmiş şəhidlərimizin qanı var. Bu gün biz buraya, Ulu Öndərimizin  abidəsi önünə çox müqəddəs Şuşa torpağmıza ziyarət səfəri üçün toplaşmışıq”.

Bu sözləri “Şərq qapısı”na müsahibəsində  Naxçıvan Dövlət Universitetinin tarixçi-professoru Sevinc Abbasova söyləyib.

O qeyd edib: “Mənim Şuşaya ikinci səfərimdir. Birinci səfərim ölkəmizin ziyalıları, elm adamları ilə idisə, bugünkü səfər tarixin özünü yazanların övladlarının həmin müqəddəs torpağa ziyarətidir. Biz hər zaman dövlətimizin, cənab Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını şəhid ailələri üzərində görürük. Biz bu gün çox şanslıyıq ki, müstəqil ölkənin vətəndaşlarıyıq. Bu gün dövlətimiz bizim üçün çox şey edir. Ən əsası isə xalq, dövlət, ordu birliyi ilə işğalda olan torpaqlarımız azad edildi. Bizim üzərimizə düşən vəzifə də ondan ibarətdir ki, biz də dövlətimiz üçün layiqli vətəndaş olaq. Düşünürəm ki, ən müqəddəs işlərdən biri də budur ki, bu cür ziyarəti təşkil edək”.

Müsahibimiz onu da vurğulayıb ki, bu gün xalqımızın milli-mənəvi dəyərlərinə, ənənələrinə sadiqliklə, xüsusi rəğbətlə yanaşan ölkə başçımız və ailə üzvləri şəhid, qazi ailələrinin yanındadırsa, biz də nümunə götürərək bu müqəddəs dəyərləri yaşatmalı, davam etdirməliyik. İnanırıq ki, şəhid övladlarımız atalarının qanı bahasına azad olunmuş torpaqlarda böyüyərək dünyanın dörd bir yanına öz elmləri, uğurlari ilə səs salacaqlar. Atalarının şərəflə keçdiyi yola layiqli övlad olaraq böyüyəcəklər.

“Ölkəmizdə fəaliyyət göstərən sahibkarların təşkil etdiyi tədbirlərin ən dəyərlisi və təbii ki, ilk yerdə olan və olması gərəkən sosial layihələrdir. Bu cür sosial layihələri keçirən sahibkarlar da dövlətimizin yanında olub, öz təşəbbüskarlıqları ilə nümunə olmaqlarını ifadə etməyə çalışırlar. Bu cür layihələr ənənə halını daşımalıdır. Nə xoş bizə ki bugünkü  gündə müqəddəs Naxçıvan torpağından müqəddəs Şuşaya ziyarətə gedirik. Bizə bu günləri bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyirik”, - deyə Sevinc Abbasova bildirib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 13.08.2025 10:05