NAXÇIVAN :

03 May 2026, Bazar

Bu gün Naxçıvanda temperatur 38 dərəcəyə qədər yüksələcək

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən 28 iyul saat 21:00-a qədər Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin yüksək dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Şərq küləyinin sürətinin 5-10 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi proqnozlaşdırılır.

Havanın temperaturunun gecə saatlarında 21-26 dərəcə isti, gündüz isə 33-38 dərəcə isti olacağı bildirilir.

Nəşr edilib : 28.07.2025 10:06