Şri-Lanka tərəfi Azərbaycanın humanitar yardımına ...
12:37 20.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda ayının hücumuna məruz qalan Məzahir Məmmədov deyib. O bildirib ki, Babək rayonu, Yuxarı Buzqov kəndinə oğlu ilə birlikdə zirinc yığmaq üçün gedib: "Getmişdik, ora zirinc yığmağa. Gördüm itlər gəlir üstümə. Sən demə, gələn ayı imiş, səs gəldiyini eşitdim, kolluq idi görmədim. Ancaq qonur rəngdə birşeyin keçdiyini gördüm. Oğlum məndən, təxminən, 50 metr aşağıda idi. Dedi ki, sənə tərəf nə isə gəlir. Qabandır, atdır, bilmirəm. Ayının olduğu ağlıma gəlmədi. Gördüm, ayıdır, çönüb qaçmaq istədim ayağım daşa ilişdi, yıxıldım. Ayı üstümə düşdü, can şirindir, başladım boğuşmağa (gülür). İstədi oğluma tərəf getsin, sonra nəsə fikirləşdi, bilmirəm, çıxıb getdi. Bir neçə yerdən yara almışam, hazırda vəziyyətim yaxşıdır. Ayıları indi kəndin ətrafında çox görmək mümkündür".
Həkimi Amin İsmayılov xəstənin vəziyyətini açıqlayıb: "Xəstənin gövdə nahiyəsində, hər iki aşağı və yuxarı ətraflarında, əl biləklərində deşilmiş, cırılmış yaralar olub. İlkin müdaxilə edilib. Stasionar müalicəsinə başlanılıb. Vəziyyəti qənaətbəxşdir".
Qeyd edək ki, Məzahir Məmmədovun müalicəsi hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsində davam etdirilir.
Digər xəbərlər