NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Bayram günlərində Naxçıvanda 150 şəxs müxtəlif tibb müəssisələrinə təxliyə olunub

...

Bayram günlərində Naxçıvanda təcili tibbi yardım xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib. Vətəndaşların sağlamlığının qorunması və operativ tibbi yardımın göstərilməsi məqsədilə aidiyyəti tibb müəssisələri tərəfindən zəruri tədbirlər həyata keçirilib.

"Şərq qapısı"nın Səhiyyə Nazirliyindən aldığı məlumata görə, bu müddətdə muxtar respublika üzrə, ümumilikdə, 1005 təcili tibbi yardım çağırışı qeydə alınıb. Çağırışlara operativ reaksiya göstərilərək xəstələrə yerində tibbi yardım göstərilib, zəruri hallarda isə tibb müəssisələrinə təxliyə həyata keçirilib.

Bayram günlərində, ümumilikdə, 150 nəfər müxtəlif tibb müəssisələrinə təxliyə olunub.
Eyni zamanda iki zəhərlənmə faktı qeydə alınıb. Belə ki, mayın 28-də Naxçıvan şəhəri üzrə dərman zəhərlənməsi, mayın 29-da Şahbuz rayonu üzrə qida zəhərlənməsi hadisəsi baş verib. Hər iki şəxsə zəruri tibbi yardım göstərilib.

Nəşr edilib : 02.06.2026 11:18