Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Azərbaycan məhsuldar dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa açıq, həm ikitərəfli, həm də çoxtərəfli formatda etibarlı tərəfdaşdır.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı bildirib.
“Azərbaycan və Rusiya gələcəkdə ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün əsas yaradan tarixi ticarət-iqtisadi əlaqələrlə bağlıdır. Əminik ki, əldə olunmuş uğurlara əsaslanaraq, birgə səylərlə yeni mühüm nəticələr əldə edə biləcəyik. Azərbaycan məhsuldar dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa açıq, həm ikitərəfli, həm də çoxtərəfli formatda etibarlı tərəfdaşdır”, – deyə Ş. Mustafayev qeyd edib.
Digər xəbərlər