NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Bakıda "Türk Dövlətləri Insurtech Zirvəsi" keçirilir

...

Bakıda "Türk Dövlətləri Insurtech Zirvəsi" keçirilir.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprdən tənzimləyici qurumların və sığorta assosiasiyalarının nümayəndələri iştirak edir. Sammitdə sığorta sektorunda rəqəmsal transformasiya, InsurTech texnologiyaları və süni intellektin tətbiqi müzakirə olunacaq.

Qeyd edək ki, sammit Azərbaycan Mərkəzi Bankının dəstəyi, Türkiyənin Ticarət Nazirliyinin təşkilatçılığı, o cümlədən, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə "Hizmet İhracatçılar Birliği"nin birgə əməkdaşlığı ilə keçirilir.

Nəşr edilib : 28.10.2025 10:27