TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb
23:24 12.06.2025
0
0
0
NAXÇIVAN :
13 Iyun 2025, Cümə
Türkiyə çox böyük tarixi olan bir dövlətdir. Orada ailələrlə bağlı görülən işlərin miqyası böyükdür. Bundan əlavə, milyonlarla ailənin problemini həll etmək və bunları da dünyaya örnək göstərmək çətin və vacib işdir. Biz Türk dünyasında ailəni, sadəcə, sosial institut kimi deyil, milli kimliyimizin təməli, sabitliyin, təhlükəsizliyin amili kimi qiymətləndiririk. İstənilən ölkənin siyasətində bu istiqamət ayrıca yer tutur. Zaman sürətlə dəyişir, ailələr sosial media, urbanizasiya, miqrasiya problemləri ilə qarşılaşırlar. Dövlətlər bu problemləri gözardı edə bilməz. Çünki ailə dəyərlərini qorumaq, sadəcə, mədəni deyil, həm də strateji məsələdir.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələri də ailəni dəstəkləyici siyasətlər" adlı tədbirdə səsləndirib.
Komitə sədri qeyd edib ki, bütün bu məsələləri həll etmək, ortaq müqavimət formalaşdırmaq üçün Türk Dövlətləri Təşkilatı (TDT) çox güclü platformadır. “Biz qısa müddət ərzində TDT- nin necə sürətlə böyüdüyünün şahidiyik. Ailə siyasəti üzrə ortaq layihələrin reallaşmasına ciddi yanaşırıq. Bu məsələdə ortaq koordinasiya mərkəzinin yaradılması vacibdir. Ailələrlə bağlı layihələrin icrasını vacib hesab edirik. Biz ailələrlə bağlı tədqiqat layihələri həyata keçirməliyik. Türk dünyasında ailələrin hansı problemlərlə qarşılaşdığına dair ortaq baza yaratmalıyıq.
İnkişaf həyatımızı sürətlə dəyişir. Bu mənada Gənc Ailə Forumu bir çox suallara cavab tapmaq üçün çox yaxşı platformadır. Azərbaycan bu gün postmünaqişə dövrünü, işğaldan azad edilmiş ərazilərimiz isə “yaşıl keçid” dövrünü yaşayır. Yeni insan kapitalının formalaşdırılması ilə bağlı təcrübəmiz Türk dünyası üçün də örnək ola bilər. TDT çərçivəsində ailə anlayışı keçmişin qalığı kimi deyil, gələcəyə aparan mühüm struktur kimi qəbul olunur. Biz əldə etdiyimiz nailiyyətlərin daha sürətli şəkildə tətbiq edilməsi üçün çalışacağıq", - deyə o əlavə edib.
Digər xəbərlər