NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək

...

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 9-dək davam edəcəyi gözlənilir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Nəşr edilib : 05.06.2026 17:39