NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

...

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı start götürəcək.

"Şərq qapısı" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın dörd çəki dərəcəsində 7 cüdoçusu tatamiyə çıxacaq.

Kişilər

60 kiloqram, 1/8 final

Balabəy Ağayev – Qal Blaziç (Sloveniya) /Andrea Karlino (İtaliya) cütünün qalibi ilə

Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə

66 kiloqram, 1/16 final

Turan Bayramov – Nikolas Kuntse (Almaniya)

Qadınlar

48 kiloqram, 1/16 final

Könül Əliyeva – Amber Gersyes (Niderland)

Şəfəq Həmidova – Erza Muminoviç (Kosovo)

52 kiloqram, 1/16 final

Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)

Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)

Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 10:00-da, final isə 16:00-da başlayacaq.

Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayacaq.

Nəşr edilib : 16.04.2026 09:01