“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Azərbaycanın UNESCO ilə əməkdaşlığının prioritetləri süni intellekt (AI) və elmi diplomatiyadır.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun Səmərqənddə keçirilən 43-cü Baş Konfransında çıxışı zamanı bildirib.
"UNESCO ilə əməkdaşlığın prioritet istiqamətləri süni intellekt və elmi diplomatiyadır. Azərbaycan AI-dən məsuliyyətli və etik istifadəni dəstəkləyir, rəqəmsal uçurumun aradan qaldırılmasına və elmi biliklərə bərabər çıxışa töhfə verir", - o qeyd edib.
Onun sözlərinə görə, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası 2030-Gündəliyinin lokallaşdırılmasına yönəlmiş birgə təşəbbüslər, regional əməkdaşlıq və gənclər üçün proqramlar vasitəsilə tərəfdaşlığı gücləndirməyə hazırdır.
Nazir qeyd edib ki, 2022-2023-cü illərdə Azərbaycan Afrikanın 24 ölkəsindən olan UNESCO üzrə milli komissiyalar üçün mədəni irsin qorunması üzrə təlim sessiyaları təşkil edib.
"2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinə, əsasən də inklüziv və keyfiyyətli təhsili və ömürboyu təhsil almağı nəzərdə tutan Məqsəd 4-ə xüsusi diqqət yetirilir. Azərbaycan Afrikada savadlılıq, qızların hüquq və imkanlarının genişləndirilməsi və təhsildə gender bərabərliyinin təşviqi sahəsində layihələri dəstəkləyir", - o vurğulayıb.
C.Bayramov əlavə edib ki, Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmətə dəyər verir: "Ölkə bu konsepsiyanı rəhbər tutaraq 2008-ci ildə başladılan və UNESCO-nun İcraiyyə Şurasının dəstəklədiyi Bakı Prosesi vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu dünyada təşviq edir".
Digər xəbərlər