NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

...

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku ərəfəsində Azərbaycanda səfərdə olan Belarus Gimnastika Federasiyasının prezidenti Yelena Skripeli ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Belarus Gimnastika Federasiyasının baş katibi Alesiya Maçulskaya da iştirak edib.

Bundan başqa, Gənclər və İdman Nazirliyində İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmini ilə də görüş olub. Görüş zamanı Azərbaycan və İndoneziya arasında gənclər və idman sahəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Nəşr edilib : 17.04.2026 18:08