Azərbaycan və Belarus arasında sənaye sahəsində əm...
21:30 05.05.2026
0
0
0
Karaqandada “İşləyən əhalinin sağlamlığının idarə edilməsinin innovativ texnologiyaları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
"Şərq qapısı" Qazaxıstan Səhiyyə Nazirliyinin Sanitariya və Epidemioloji Nəzarət Komitəsinə istinadən xəbər verir ki, tədbirdə Qazaxıstan Respublikası Parlamenti Senatının üzvləri, dövlət qurumlarının, universitetlərin, iri sənaye müəssisələrinin və ixtisaslaşmış birliklərin nümayəndələri, eləcə də Qazaxıstan, Azərbaycan, Özbəkistan, Rusiya və Qırğızıstandan əməyin gigiyenası və mühafizəsi sahəsində aparıcı alimlər iştirak ediblər.
Konfransda əməyin mühafizəsi, işçilərin sağlamlığının qorunması, peşə xəstəliklərinin qarşısının alınması və diaqnostikası, qiymətləndirmə və reabilitasiya, sənaye təhlükəsizliyi, əmək gigiyenası və peşə risklərinin qiymətləndirilməsi sahəsindəki aktual məsələlər müzakirə olunub. İştirakçılar iş yerlərində təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş müasir elmi məlumatlar, tədqiqat nəticələri və praktik həllər mübadiləsi aparıblar.
Konfrans konstruktiv dialoq və işçilərin təhlükəsizliyi və sağlamlığının təmin edilməsinə dair tədbirlərin səmərəliliyini artırmağa yönəlmiş praktik tövsiyələrin hazırlanması ilə başa çatıb.
Digər xəbərlər