NAXÇIVAN :

03 May 2026, Bazar

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qalib gəlib

...

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” - “Qarabağ” oyunu başa çatıb.
“Şərq qapısı” xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüş Ağdam klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində Musa Qurbanlı (2 qol), Montiel, Leandro Andrade və Emmanuel Addai fərqləniblər. Bakı təmsilçisinin yeganə qoluna müdafiəçi Elvin Bədəlov imza atıb.
Xallarını 59-a çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.

Nəşr edilib : 26.04.2026 21:05