NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı sabitlik, iqtisadi inteqrasiya və davamlı inkişafın təmininə xidmət edəcək

...

"Azərbaycan ilə Çin arasında imzalanmış "Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat" ölkəmizin xarici siyasət kursunda mühüm dönüş nöqtəsidir. Bu sənəd Azərbaycanın artan beynəlxalq nüfuzunun, balanslı və çoxşaxəli diplomatiyasının bariz göstəricisidir. Çin kimi qlobal güclə belə yüksək səviyyəli əməkdaşlıq formatının təsdiqlənməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin növbəti uğurlu nəticəsidir".

Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Pərvin Nəcəfsoy deyib.

Deputat qeyd edib ki, bəyanatda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə göstərilən qətiyyətli dəstək, ölkəmizin regionda və dünyada artan strateji əhəmiyyətinə verilən dəyərin təsdiqidir. Çin Azərbaycanın sülh təşəbbüslərini açıq şəkildə dəstəkləməklə yanaşı, "Bir kəmər, bir yol" təşəbbüsü ilə Azərbaycanın inkişaf strategiyaları arasında sinerji yaratmağa sadiq olduğunu göstərdi. Eyni zamanda sənəddə qeyd olunan sahələr — iqtisadiyyat, yaşıl enerji, nəqliyyat-logistika, təhsil, elm və texnologiya, mədəniyyət və humanitar əməkdaşlıq istiqamətləri iki ölkə arasında qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlığın əsas sütunlarıdır.

"Bu razılaşma, sadəcə, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi deyil, eyni zamanda regionda sabitliyin, iqtisadi inteqrasiyanın və davamlı inkişafın təmin olunmasına xidmət edən genişmiqyaslı siyasi və iqtisadi sənəddir", – deyə Pərvin Nəcəfsoy əlavə edib.

Nəşr edilib : 23.04.2025 16:15